"Qarabağ" üçün ikiqat yubiley

"Qarabağ" üçün ikiqat yubiley
XƏBƏR 12 Fevral 2018 / 11:09 2175
-  A +

Topaz Premyer Liqasının XV turunun “Qəbələ” ilə ev oyunu “Qarabağ” üçün ikiqat yubiley heç-heçəsi ilə əlamətdar olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu Azərbaycan çempionatları tarixində ümumilikdə 170-ci, öz meydanında 70-ci dəfə bərabərliyə imza atıb.

Özünün 736-cı matçında sülhlə kifayətlənən “Qarabağ” ən çox heç-heçə edən komandadır. “Göy-qaralar” keçirdiyi oyunların 19,3 faizində 1 xal əldə edib.

Öz meydanındakı 363-cü görüşdə 70-ə çatan ağdamlılar evdəki bərabərlik sayında “Neftçi”dən geri qalır. Onlar evdəki görüşlərin 23,1 faizində heç-heçə edib.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu 0:0 hesabı ilə başa çatıb.

 


Son xəbərlər
topaz banner