“Qəbələ” Topaz Premyer Liqasının 2017-2018-ci illər mövsümünün ikinci yarısına “Qarabağ”la səfər oyunu ilə start verib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 0:0 hesabı ilə başa çatan qarşılaşma “qırmızı-qaralar”ın heyətində debütün rəsmiləşməsi ilə əlamətdar olub. Matçın 75-ci dəqiqəsində meydana daxil olan Təmkin Xəlilzadə karyerasında ilk dəfə “Qəbələ” forması ilə rəsmi oyuna çıxıb. Yarımmüdafiəçi klubumuzun 13 illik tarixinə 227-ci futbolçu kimi düşüb. Belə ki, “Qarabağ”la matçadək 226 oyunçu rəsmi görüşlərdə şans qazanmışdı.
Bu futbolçular arasında rekord Ürfan Abbasova məxsusdur – 175 oyun. 161 matça çıxan Dodo 2-ci sırada qərarlaşıb. 3-cü pillənin sahibi isə XV turun görüşündə dəyişib. Bu matçadək Viktor Mendi ilə eyni sayda – 127 oyun keçirən Dmitri Bezotosnı 128-ci qarşılaşmada iştirak edib. Ukraynalı qapıçı bununla da 3-cü yerin vahid sahibinə çevrilib.
Daha bir təcrübəli futbolçu Asif Məmmədov isə “Qəbələ”də 90-cı oyununu keçirib. O, bu göstəricidə 13-cü olan Lyubo Baraninə şərik çıxıb.
Xəlilzadə Premyer Liqa oyunlarında “qırmızı-qara” forma geyinən 206-cı futbolçu olub. Ölkə çempionatının yüksək dəstəsində bunadək 205 oyunçu “Qəbələ”nin şərəfini qorumuşdu.
“Qarabağ”la səfər matçında 0:0 hesablı heç-heçə edən “Qəbələ” mövsümdə ilk qolsuz oyununu keçirib. Maraqlıdır ki, komandanın qolsuz başa çatan son matçı da eyni rəqiblə görüşə təsadüf edib. Bu, ötən il aprelin 9-da keçirilən “Qarabağ” – “Qəbələ” matçında reallaşıb. Ümumilikdə isə “qırmızı-qaralar” tarixində 25-ci dəfə səfər oyunundan qolsuz sülhlə ayrılıblar.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır