"Neftçi"nin yeni transferi Fransisko Qarsia "Kəpəz"i evdə 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XV tur matçından sonra brifinq keçirib. Paraqvaylı yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb...
- Bu gün "Neftçi" istədiyi oyunu göstərə bildi?
- Məncə, bu, uzun yolun başlanğıcıdır. Hələ indi-indi addımlar atırıb. Növbəti oyunlarda istədiyimizi daha yaxşı yerinə yetirə biləcəyik.
- Komandada uyğunlaşma dövrünü keçə bilmisən?
- İlk növbədə, komandada yaxşı birlik var. Bundan əlavə, baş məşqçi ilk gündən mənə etimad göstərib. Çalışıram ki, buna meydanda cavab verim.
- Uzun yolun sonunda hansı nəticəni gözləyirsiniz?
- Hər oyunda artırmağa, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, qələbələri sıralamağa və hədəfimizə çatmağa çalışacağıq.
- Yoxlama matçında Rusiyanın "SKA-Xabarovsk" komandasına 1:8 hesabı ilə uduzdunuz. Karyeranızda belə məğlubiyyət yaşamışdınız?
- Xeyr, karyeram boyunca belə nəticə olmayıb. Amma futbolda bu cür hallar da baş verir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxmaq, öz üzərimizdə işləmək lazımdır.
- Yeni komandanızdan nə gözləyirdiniz və nəyi gördünüz?
- Gözlədiyimdən daha effektli futbol gördüm. Çünki bütün komandalar sonadək mübarizə aparırlar. Komandaların çoxunun səviyyəsi eynidir. Qarşıda bizi çətin yol gözləyir. Lakin bu yolda uğurla irəliləməyə çalışacağıq.
- Artıq çəkidən əziyyət çəkən forvardı qol epizodları ilə təmin etməyiniz sizə nə dərəcədə çətinlik yaradır?
- Hər bir futbolçunun öz oyun üslubu var. Mənim də üzərimə düşən odur ki, hücumçuları və irəlidəki oyunçuları ötürmələrlə təmin edim. Bu işi yerinə yetirirəm və bugünkü oyunda çətinlik görmədim (sportnet.az).
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı