"Qələbə qazandığımız üçün çox sevinirik. Psixoloji baxımdan çox vacib qalibiyyət idi”.
Qol.az xəbər verir ki, bunu "Neftçi”nin futbolçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının XV turunda "Kəpəz” üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.
Matçda vurulan yeganə qolun müəllifi olan 23 yaşlı hücumçu bildirib ki, "Neftçi”nin üzərində böyük təzyiq var: "Təlim-məşq toplanışındakı oyunlar çox da uğurlu getmirdi. Buna görə də təzyiq vardı. Yaxşı oyunla qələbə qazandığımız üçün şadam. Ehtiyatda qalmağım baş məşqçinin seçimidir, hörmətlə yanaşıram. Mənim vəzifəm çıxıb öz işimi görməkdir. Bu gün psixoloji cəhətdən çox çətin idi. Amma toparlanıb, yaxşı oyunla qalib gəldik. "Neftçi”nin üzərində hər zaman təzyiq var. Uşaqların daha inamlı oynayacağına inanıram. Növbəti turda "Sumqayıt”la qarşılaşacağıq. Bu rəqibi turnir cədvəlində keçmək üçün əlimdən gələni edəcəyik”.
Qeyd edək ki, Abbasovun "Kəpəz”lə oyunun 82-ci dəqiqəsində meydana daxil olub və 4 dəqiqə sonra qələbə qoluna imza atıb.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı