"Çempionat üçün darıxmışam" – Vaqif Cavadov

"Çempionat üçün darıxmışam" – Vaqif Cavadov
XƏBƏR 11 Fevral 2018 / 19:16 3358
-  A +

"Fasilədən sonra birinci oyun idi. Hər iki komanda qalib gəlmək istəyirdi".

Qol.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 15-ci turunun “Səbail”lə oyunundan sonra “Keşlə”nin hücumçusu Vaqif Cavadov deyib. Təcrübəli futbolçu 1:1 hesabı ilə başa çatan qarşılaşma barədə fikirlərini açıqlayıb:

“İlk oyunlar həmişə gərgin olur. Bilirsiniz ki, dünənki oyunlar da heç-heçə başa çatdı. Hansısa komanda qələbə qazansaydı, bəlkə də ədalətsizlik olardı. Çünki meydanda bərabərsəviyyəli oyun getdi. İnanıram ki, gələn oyun daha yaxşı olacaq”.

Uzun müddət futbolsuz qalan “Keşlə”nin yeni transferi özünü 90 dəqiqə oynamaq üçün hazır sayır: “Məşqlərimi edirəm. Baş məşqçi də hər şeyi görür. Hər oyuna uyğun heyət müəyyənləşdirir. Heç bir problem yoxdur. Kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verir. Əsas məqsədimiz nəticə qazanmaqdır”.

Müəyyən fasilədən sonra yenidən Premyer Liqaya qayıdan Cavadov darıxdığını etiraf edib: “Çempionat üçün darıxmışam. Hər şey qabaqdadır. Ümid edirəm ki, yaxşı olacaq”.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır