“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 15-ci turunun “Keşlə” ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, gənc mütəxəssis 1:1 hesabı ilə başa çatan görüş barədə fikirlərini açıqlayıb.
- Komandanızın çıxışından razı qaldınız?
- Yeni sistemlə çıxış edirik. Heyətdə yeni futbolçular var. İstədiyimiz səviyyədə deyilik. Anlaşma o səviyyədə deyil. İnanıram ki, oyundan-oyuna düzələcək. Düzdür, nəticə də lazımdır, ancaq nəticədən də əsas komanda formalaşdırmaqdır. Biz Premyer Liqada yeni komandayıq. Çalışırıq ki, növbəti mövsüm üçün yaxşı kollektiv formalaşdıraq.
- Bu gün yeni sistemlə çıxış etdiniz. Bütün oyunlarda bu sistemdən istifadə edəcəksiniz?
- Çox çətin sistemdir. Hələ bu barədə qərar verməmişəm.
- Vüqar Nadirov qol epizodunu qaçırdıqdan sonra onu əvəzlədiniz. Bu, həmin epizodla bağlı deyildi ki?
- Yox, əvəzetmələri əvvəlcədən planlaşdırmışdıq. İstəyirdim ki, yeni oyunçulara da şans verim.
- Bu gün Kərim Diniyevi yeni mövqedə sınadınız...
- Kərim komandaya yeni gələndə onunla danışdıq və o həmin mövqedə çıxış edə biləcəyini dedi. Onun üçün yeni mövqedir. İnanıram ki, gələcəkdə hər şey öz qaydasına düşəcək.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı