“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqanın 15-ci turunda evdə “Səbail”lə heç-heçə (1:1) etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Hər iki komanda qələbə qazanmaq istəyirdi. “Səbail”dən fərqli oyun gözləyirdik. Ancaq rəqib 5 müdafiəçi ilə çıxış etdi. Onların arxa xəttini yarmaq çox çətin idi. Buna görə mərkəzdə daha bir oyunçuya şans verdim. Səhvimizdən qol buraxdıq. Oyunçu dəyişikliyimiz öz bəhrəsini verdi və nəticədə hesabı bərabərləşdirə bildik. Rəqibin heyətində kifayət qədər yaxşı futbolçu var. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq.
- Bu gün Azərbaycan çempionatında debüt etdiniz. Premyer Liqamız barədə təəssüratlarınız maraqlıdır...
- Güclü çempionatdır. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşmış komandaların bu cür mübarizə aparmaları məni yaxşı mənada təəccübləndirdi. Bəzi futbolçularımız düşərgəyə bir qədər gec qoşuldu. Buna görə komandada qarşılıqlı anlaşma bir qədər aşağı səviyyədədir. Vaxt keçdikcə bu problem də aradan qalxacaq.
- Yeni legionerlərin oyunundan razı qaldınız?
- Vaxt azlığı var idi. Yeni futbolçuların heyətə cəlb edilməsini videomateriallara baxaraq etdik. Bu da istənilən effekti vermir. Amma bəzi oyunçular ümid verir.
- Komanda Antlayada təbii meydanda hazırlıq keçdi. Burda isə ev oyunlarınızı süni örtükdə keçirəcəksiniz. Buna münasiиətiniz necədir?
- Lobanovski bizə süni örtükdə oynamağı qadağa qoymuşdu. Ancaq təbii örtükdən süni örtüyə keçməkdə elə də problem yoxdur.
- Yeni transfer Pablo Padionun adı bu oyunun iştirak ərizəsinə salınmamışdı...
- O, Antalyada keçdiyimiz toplanışda “Rabotniçki” ilə oyunda zədələndi. Toplanışın böyük hissəsində zədəli oldu. Bu gün də buna görə iştirak ərizəsinə daxil edilmədi.
- Pablonun oyunundan razı qalmadığınız deyilir...
- Bu suala cavab verməyəcəm.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu