"Çelsi”nin problemini çox şişirdirlər" - Konte

"Çelsi”nin problemini çox şişirdirlər" - Konte
XƏBƏR 11 Fevral 2018 / 16:11 2361
-  A +

“Biz Premyer Liqada 5-ci pillədə gedən və Çempionlar Liqasında “Barselona” ilə oyuna hazırlaşan komandadan danışırıq. İngiltərə kubokunda mübarizəni davam etdiririk və Liqa kubokunun yarımfinalındayıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib. Son vaxtlar uğursuz nəticələrə görə komandasına yönələn tənqidlərə münasibət bildirən italiyalı mütəxəssis problemin çox şişirdildiyini vurğulayıb:

“İki oyun ardıcıl uduzanda nələrinsə qaydasında olmadığını başa düşürük. Amma hazırkı vəziyyətimizi çox şişirdirlər. Hər şey elə görünür ki, biz sanki yaşamaq üçün mübarizə aparırıq. Bir sıra şayiə və fərziyyələrə baxmayaraq, komanda olaraq, ümidləri doğrulduruq. Düşünmürəm ki, bu mövsüm kimsə çempion olacağımıza inanır. Titul uğrunda Mançesterin iki təmsilçisi mübarizə aparır. Biz ötən mövsüm də onlardan geridəydik”.

Konte bu cür təzyiqlərə hazırlıqlı olmalı olduqlarını söyləyib: “Klub və mənim barəmdə şayiələr həddindən artıq çoxdur. Balansı qorumaq lazımdır. Bilirəm ki, biz bu cür təzyiqlərə hazırlıqlı olmalıyıq. “Çelsi”də məni və futbolçuları hər şey qane edir”.

Qeyd edək ki, son vaxtlar uğursuz nəticələrə görə Kontenin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər dolaşır.

Son xəbərlər