Ronaldodan 43-cü het-trik, 551-ci qol

Ronaldodan 43-cü het-trik, 551-ci qol
XƏBƏR 11 Fevral 2018 / 13:15 3905
-  A +

"Real"ın İspaniya La Liqasının 23-cü turunda "Real Sosyedad"ı 5:2 hesabı ilə məğlub etdiyi oyun Kriştiano Ronaldo üçün bir sıra məqamlarla əlamətdar olub.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı məlumata görə, sözügedən qarşılaşmada 3 qol vuran portuqaliyalı ulduz "kral klubu"nda ümumilikdə 43-cü het-trikini rəsmiləşdirib. Bundan başqa, 33 yaşlı futbolçu klub karyerasında 551-ci qolunu vurub. 5 dəfə "Sportinq"də, 118-dəfə "Mançester Yunayted"də fərqlənən Ronaldo "Real"da isə 428 dəfə bu sevinci yaşayıb.

Qeyd edək ki, Ronaldo 2009-cu ildən "Real"da çıxış edir.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq