Futbolçumuz Çexiya klubunda dubl etdi

Futbolçumuz Çexiya klubunda dubl etdi
XƏBƏR 10 Fevral 2018 / 16:30 4523
-  A +

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın  U-21 komandası qış fasiləsi dönəmində daha bir yoxlama oyunu keçirib. 

Qol.az-ın xəbərinə görə, Praqa təmsilçisi Çexiyanın digər klubu  “Meteor”la üz-üzə gəlib. Qarşılaşma “Slaviya”nın 3:0 hesablı qələbəsiylə başa çatıb.

Fərid matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Slaviya”ya baxışa yollanan “Qəbələ” Futbol Akademiyasının yetirməsi, U-17 millimizin yarımmüdafiəçisi Samir Qurbanov da bu görüşün iştirakçısı olub. O da Nəbiyev kimi 90 dəqiqə meydanda olub. 17 yaşlı futbolçu görüşdə dubla imza atıb.

Son xəbərlər