“Mançester Yunayted”in sabiq futbolçusu öldü – 37 yaşında

“Mançester Yunayted”in sabiq futbolçusu öldü – 37 yaşında
XƏBƏR 10 Fevral 2018 / 13:18 6314
-  A +

Şimali İrlandiya millisi və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Liam Miller dünyasını dəyişib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, mədəaltı vəzindəki xərçəng xəstəliyindən əziyyət çəkən veteran futbolçu 36 yaşında vəfat edib. Millerdə sözügedən xəstəlik ötən ilin noyabrında aşkarlanmışdı.

Qeyd edək ki, o, karyerası ərzində “Mançester Yunayted”lə yanaşı, “Seltik” və “Sanderlend” klublarının şərəfini qoruyub, Avstraliya və ABŞ çempionatlarında da çıxış edib.

Son xəbərlər
29.04.24  12:37

Xavinin yeganə ümidi