“Beşiktaş” ukraynalı qapıçı ilə yollarını ayırdı

“Beşiktaş” ukraynalı qapıçı ilə yollarını ayırdı
XƏBƏR 10 Fevral 2018 / 12:37 2885
-  A +

“Beşiktaş” daha bir futbolçu ilə yollarını ayırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, İstanbul klubu Denis Boyko ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Ukraynalı qapıçı artıq özünə yeni komanda tapıb. 30 yaşlı qolkiper azad agent kimi yetirməsi olduğu Kiyev “Dinamo”suna qayıdıb.  Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Əgər Boyko özünü yaxşı tərəfdən göstərsə, yayda müqavilə müddəti artırıla bilər.

Qeyd edək ki, təcrübəli qolkiper ötən mövsümü icarə əsasında İspaniyanın “Malaqa” klubunda keçirib.

Son xəbərlər
29.04.24  12:37

Xavinin yeganə ümidi