Buffon 500-ə çatdı

Buffon 500-ə çatdı
XƏBƏR 10 Fevral 2018 / 00:25 2281
-  A +

İtaliya A seriyasının 24-cü turunda hazırda “Fiorentina” ilə keçirilən oyun “Yuventus”un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

Qol.az-ın məlumatına görə, 40 yaşlı qolkiper Turin klubunda yubiley oyununa çıxıb.

Bu, Buffonun “Yuventus”un heyətində A seriyasında 500-cü oyunudur. İtaliya millisinin üzvü Allessandro Del Pyerodan sonra (513 oyun) klub tarixində 500 çempionat oyununa çıxan ikinci futbolçudur.

Qeyd edək ki, Buffon 2001-ci ildən “Yuventus”da oynayır.

Son xəbərlər