Mahrez boykotu dayandırdı

Mahrez boykotu dayandırdı
XƏBƏR 9 Fevral 2018 / 18:40 4339
-  A +

“Lester”in futbolçusu Riyad Mahrez komandanın məşqlərinə qatılıb.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə,  əlcəzairli yarımmüdafiəçi klub rəhbərliyinin onun “Mançester Siti”yə keçidinə icazə verməməsinə etiraz olaraq komandanın məşqlərini boykot etmişdi.

Bu səbədən klub futbolçunu 273 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, “Lester” sabah səfərdə məhz “Mançester Siti” ilə qarşılaşacaq.

Son xəbərlər