"Barselona"da müdafiəçi problemi

"Barselona"da müdafiəçi problemi
XƏBƏR 9 Fevral 2018 / 18:00 4499
-  A +

İspaniya La Liqasının 23-cü turunda "Xetafe" ilə qarşılaşacaq "Barselona" müdafiəçi problemi ilə üzləşib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, mərkəz müdafiəçiləri Jerar Pike və Tomaz Vermalen zədə səbəbindən bu görüşü buraxacaq.

Samuel Umtiti isə cəzalı durumda olduğundan komandasına kömək edə bilməyəcək.

Beləliklə, baş məşqçi Ernesto Valverdenin ixtiyarında yalnız bir mərkəz müdafiəçisi qalır - Yerri Mina.

Qeyd edək ki, "Barselona" - "Xetafe" oyunu fevralın 11-də keçiriləcək.

Son xəbərlər