İkinci finalçı- İspaniya

İkinci finalçı-  İspaniya
XƏBƏR 9 Fevral 2018 / 02:26 4005
-  A +

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatında ikinci finalçı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, yarımfinalda Qazaxıstan və İspaniya milliləri üz-üzə gəlib.

Gərgin keçən matçın əsas vaxtında qalib aşkarlanmayıb - 5:5. Penaltilər zərbəsində ispanlar daha dəqiq olub - 2:1.

Beləliklə, Avropa çempionu adı uğrunda Portuqaliya və İspaniya milliləri üz-üzə gələcək. III yer uğrunda matçda isə Qazaxıstanən rəqibi Rusiya olacaq.

Qeyd edək ki, qitə birinciyilinin son 2 matçı fevralın 10-da oynanılacaq.

Son xəbərlər
topaz banner