Portuqaliya finalda - AÇ-2018

Portuqaliya finalda -  AÇ-2018
XƏBƏR 8 Fevral 2018 / 23:05 5522
-  A +

Sloveniyada keçirilən futzal üzrə Avropa Çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, bu gün turnirin ilk yarımfinal matçı keçirilib.

1/4 finalda yığmamızın qapısından 8 top keçirən Portuqaliya Rusiya ilə üz-üzə gəlib.

3:2 hesablı qələbə qazanan Portuqaliya AÇ-2018-nin finalına adlayıb.

Qeyd edək ki, Avropa çempionatında digər finalçının adı isə Qazaxıstan - İspaniya matçında müəyyənləşəcək.

Son xəbərlər
topaz banner