"Yuventus"da ciddi itkilər

"Yuventus"da ciddi itkilər
XƏBƏR 8 Fevral 2018 / 18:40 3125
-  A +

"Yuventus" İtaliya A Seriyasının 24-cü turunda "Fiorentina" ilə keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə Turin klubunun baş məşqçisi Massimiliano Alleqri klubun rəsmi saytına açıqlamasında məlumat verib.

O bildirib ki, komandanın aparıcı üzvlərindən Paulo Dibala, Xuan Kuadrado, Benedikt Hövedes və Blez Matyuidi vacib qarşılaşmada forma geyinə bilməyəcəklər.

Qeyd edək ki, "Fiorentina" - "Yuventus" oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə 23:45-da start götürəcək.

Son xəbərlər
topaz banner