"Zirə"dən növbəti rəsmi transfer

"Zirə"dən növbəti rəsmi transfer
XƏBƏR 8 Fevral 2018 / 13:47 3398
-  A +

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, qəsəbə təmsilçisi Yani Urdinovla anlaşıb. Makedoniyalı futbolçu 6 aylıq müqaviləyə imza atıb. 26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb.

Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.


Son xəbərlər
topaz banner