Paraqvaylı hücumçu Azərbaycanda oynaya bilər

Paraqvaylı hücumçu Azərbaycanda oynaya bilər
XƏBƏR 8 Fevral 2018 / 13:11 4711
-  A +

Almaniyanın 2-ci bundesliqasında mübarizə aparan "İnqolştadt" klubunun hücumçusu Dario Leskano karyerasını Azərbaycanda davam etdirə bilər.

Qol.az-ın məlumatına görə, bu barədə paraqvaylı menecer Dario Torales məlumat verib. O, "tigosports.com.py" saytına açıqlamasında bildirib ki, 27 yaşlı forvardla ölkəmizdən bir klub maraqlanır. Ancaq Torales həmin komandanın adını açıqlamayıb.

Qeyd edək ki, tam adı Dario Leskano Mendoza olan paraqvaylı forvard ölkəsinin "Sportivo Trinidense" klubunun yetirməsidir. O, karyerası ərzində İsveçrədə "Vil", "Tun" və "Lyusern" kimi komandaların da şərəfini qoruyub. 2015-2017-ci illərdə Paraqvay millisinə dəvət alan Leskano 13 oyunda 4 qol vurub.

Son xəbərlər
topaz banner