"Qarabağ"da bir cəzalı, üç zədəli

"Qarabağ"da bir cəzalı, üç zədəli
XƏBƏR 8 Fevral 2018 / 11:31 3502
-  A +

Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ"ni qəbul edəcək "Qarabağ" bu  oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın məlumatına görə, Ağdam klubunun əsas qapıçısı İbrahim Şehiç vacib görüşdə komandasına kömək edə bilməyəcək. 12-ci turun "Sumqayıt"la matçında rəqibi vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiya olunan bosniya və herseqovinalı qolkiperin cəzası növbəti turda başa çatacaq.

Bundan başqa, "Qarabağ"ın heyətində Əfran İsmayılov, Miçel Madera və Qara Qarayev də zədəlildirlər. Onların qarşılaşmada iştirak edib-etməyəcəkləri oyun günü bilinəcək.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" görüşü fevralın 10-u saat 19:00-da başlayacaq.

Son xəbərlər
topaz banner