“Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev infarkt keçirib.
Bu barədə Qol.az-a "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Onun sözlərinə görə, təcrübəli mütəxəssisin vəziyyəti ağırdır:
“Oğlu ilə danışmışam. İnfarkt keçirib, hazırda Mərkəzi Klinik Xəstəxanadadır. Ürəyindən əməliyyat olunub, stent qoyublar. Amma ikinci əməliyyata da ehtiyac var. Ürəyin özünə gəlməyini gözləyirlər. Həkimlərin sözlərinə görə, vəziyyəti ağırdır. Bilirsiniz ki, Böyükağa müəllimin baş nahiyyəsində də problemlər var idi. Moskvada əməliyyat olunmuşdu. Həmin problem yenidən özünü göstərmişdi. Növbəti dəfə baş əməliyyatına hazırlaşırdı. Yenidən Moskvaya getməli idi. Ancaq infarkt keçirdiyi üçün bu gün təcili klinikaya yerləşidirilib. Dualarımız onunladır. Allah şəfasını versin. Böyükağa müəllim futbolumuza hələ lazımdır. Ümid edək ki, hər şey yaxşı olacaq”.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu