Araz yenə oynamadı, komandası evdə uduzdu

Araz yenə oynamadı, komandası evdə uduzdu
XƏBƏR 7 Fevral 2018 / 21:16 3338
-  A +

Araz Abdullayevin şərəfini qoruduğu Kiprin “Anortosis” klubu çempionatın 23-cü turu çərçivəsində “Omoniya”nı qəbul edib.

Qol.az-ın məlumatına görə, görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədəsini yenicə sağaldan Abdullayev bu matçda da komandasına kömək edə bilməyib.

Qeyd edək ki, “Anortosis” 23 turdan sonra 47 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.

Son xəbərlər