Evra rəsmən Premyer Liqa klubunda

Evra rəsmən Premyer Liqa klubunda
XƏBƏR 7 Fevral 2018 / 20:50 5795
-  A +

Fransa millisinin sabiq üzvü Patris Evra karyerasını İngiltərədə davam etdirəcək.

Qol.az-ın məlumatına görə, 36 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisi "Vest Hem"lə müqavilə bağlayıb. Xəbəri klubun rəsmi saytı yayıb. Təcrübəli futbolçu mövsümün sonuna kimi bu komandanın şərəfini qoruyacaq.

Qeyd edək ki, Evra 2006-2014-cü illərdə İngiltərədə "Mançester Yunayted"də çıxış edib. Son olaraq "Marsel"in şərəfini qoruyan müdafiəçi ötən ilin noyabrında Avroliqa oyunundan əvvəl azarkeşi vurduğu üçün fransız klubundan kənarlaşdırılmışdı.

Son xəbərlər