Millimizin sabiq üzvü "Sabah"da

Millimizin sabiq üzvü "Sabah"da
XƏBƏR 7 Fevral 2018 / 16:24 3857
-  A +

Birinci divizion təmsilçisi “Sabah” qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib.

Qol.az-ın klubun Feysbuk səhifəsində istinadən yaydığı xəbərə görə, mövsümün ilk yarısında "Kəpəz"də çıxış edən Məhəmməd Qurbanovla müqavilə imzalanıb.

Millimizin sabiq üzvü mövsümün sonuna kimi Arif Əsədovun komandasında çıxış edəcək.

Rusiyanın "Rostov" klubunun yetirməsi sayılan hücumameyilli yarımmüdafiəçi peşəkar karyerası ərzində "Taqanroq" (Rusiya), "Sumqayıt" və "Neftçi" klublarında da forma geyinib.

Son xəbərlər