“Ötən mövsüm azarkeşlərimizin də böyük dəstəyi ilə çempionluğu bayram etdik. Bununla yanaşı klubun inkişafı üçün xeyli iş gördük. Demək olar ki, uşaq futbol məktəbi yenidən quruldu”.
Qol.az-ın məlumatına görə, bunu “Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.
O, klubun mətbuat xidmətinə açıqlamasında komandanın bu mövsümdə də medallar uğrunda mübarizə apardığını bildirib: “Çətinliklərə baxmayaraq, komandaları toparlaya bildik. Çempion heyətimizdən 3 nəfər Premyer Liqaya, 4 nəfər isə ölkə xaricinə yollandı. Cari mövsümə isə hazırlığı gec başladıq. Futbolçu tapmaqda da çətinlik çəkirdik. Bakıda komandaların çox olması və büdcələrinin bizdən üstün olması səbəbindən futbolçular o komandalara getməyi üstün tuturlar. Əksər komandalar hazırlığa mövsümün startına 2 ay qalmış başlasalar da, biz 10 gün qalmış məşqlərə başlaya bildik. Komandanı formalaşdırdıq. Bütün çətinliklərə baxmayaraq, yuxarı yerlər uğrunda mübarizəmizi davam etdiririk. 5-ci pillədə qərarlaşsaq da, 2-ci yerlə aramızda cəmi 3 xal fərq var. Məqsədimiz mövsümü medalla bitirməkdi. Lisenziyalaşma prosesində bütün sənədlərimiz qaydasındadır. Yeganə problemimiz maliyyə ilə bağlıdır. Heç bir yerdən maddi dəstəyimiz yoxdur. Bu məsələni həll edə bilsək, ümid edirəm Premyer Liqaya da yüksələ bilərik”.
Oqtay Abdullayev mətbuatda yayılan danışılmış oyunlarla bağlı iddialara da aydınlıq gətirib: “Öncə onu deyim ki, biz onlarla, yüzlərlə yox, minlərlə azarkeş önündə oynayırıq. Tovuz Azərbaycan futbolunun beşiyidir. Burada hər kəs futbolu çox yaxşı bilir. Tovuzlu azarkeşləri aldatmaq mümkün deyil. Onlar da bu söz-söhbətin “Turan Tovuz”a heç bir aidiyyatının olmadığını çox yaxşı dərk edirlər. Onları da bu qarayaxma kampaniyası çox narahat edir. Kluba ləkə yaxmaqla Tovuz futbolunu gözdən salmaq istəyirlər. Mən yeni gələndə söz-söhbət yayıldı ki, Oqtay Abdullayev pul yeyir, klubu talan edir. Hamıya məlumudur ki, bizi AFFA maliyyələşdirir. Kənardan heç bir dəstəyimiz yoxdu. Hər ay AFFA tərəfindən maliyyə yoxlamaları aparılır, xərclədiyimiz hər qəpiyin hesabatını veririk. Bir qəpik belə yeyinti olmadığı sübüt edildi. Maliyyə məsələsində heç bir bəhanə tapa bilməyənlər indi də oyun alqı-satqısı söhbətini ortaya atırlar. Hansı klub rəsmi şəkildə AFFA-dan oyunlarının araşdırılmasını tələb edib? AFFA-dan da bizimlə bağlı heç bir şübhələrinin olmadığını bildirdilər. Lakin mən AFFA-ya rəsmi şəkildə müraciət edərək bu söz-söhbətlərə son qoyulması üçün oyunlarımızın araşdırılmasını xahiş etmişəm. Oyun alıb satan bunu edər? Danışılmış oyunlar futbolun bəlasıdır. Ona gedən ləyaqətsiz adamdır. Biz hətta ötən mövsüm çempion olduqda da komandanın bütün oyunlarını diqqər mərkəzində saxlayırdıq. AFFA ilə birlikdə komandamızı tam araşdırırıq, hər hansı neqativ halın yaşanmaması üçün çalışırıq. Hansı ki, bunları klubumuza ləkə yaxmaq istəyənlər heç bilmirlər.
Məni narahat edən məsələ Tovuz futboluna, klubumuza ləkə yaxılmasıdır. AFFA-dan başqa heç bir maddi köməyimiz olmadığı halda, kasad büdcə ilə Tovuz futbolunun inkişafı üçün əziyyət çəkirik. Bu şaiyələri yayanları da yaxşı tanıyırıq. Belələri futbolun beşiyi olan Tovuza zərbə vurmaq istəyirlər. Belə qərəzli şaiyələr yaymaqla bizi klubdan uzaqlaşdırmaq istəyirləsə, ortaya sübut qoysunlar.
Biz Azərbaycan futboluna, Tovuz futboluna xidmət edirik. İşimizlə bunu sübut ediririk. Belə qarayaxma kampaniyası uşaq futboluna da, valideynlərə də, azarkeşlərə də pis təsir edir, hövsələdən çıxarır. On minlərlə azarkeşimiz də bu şaiyələrdən narahatdır. Fərziyyə ilə, şər atmaqla olmur. Sübut varsa, qoysunlar ortaya”.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır