“Liverpul” müqavilə bağlayıb, icarəyə verdi

“Liverpul” müqavilə bağlayıb, icarəyə verdi
XƏBƏR 7 Fevral 2018 / 15:00 3284
-  A +

“Liverpul” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, kolumbiyalı müdafiəçi Anderson Arroyo ilə müqavilə imzalanıb.

Sözləşmənin müddəti və şərtləri ilə bağlı məlumat verilməyib.

Müqavilənin ardından 18 yaşlı futbolçu İspaniyanın “Malyorka” klubuna icarəyə verilib.

Qeyd edək ki, Arroyo Kolumbiyanın U-20 millisinin üzvüdür.

Son xəbərlər