"Səbail"dən rəsmi transfer

"Səbail"dən rəsmi transfer
XƏBƏR 7 Fevral 2018 / 13:58 3181
-  A +

“Səbail” növbəti transferini həyat keçirib.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi müdafiəçi Nikoloz Apakidzeni heyətinə cəlb edib.

Qeyd edək ki, gürcüstanlı futbolçunun son klubu “Rustavi” olub. O, bundan başqa, vətənində “Zuqdidi”, “Şuxura” və Litvada “Trakai”nin formasını geyinib. 

Əlavə edək ki, “Səbail” bundan əvvəl Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev, Yevgeni Koçuk və Ruslan Əmircanovu transfer edib.


Son xəbərlər