“Sumqayıt” “Zirə” üçün hazırlaşır

“Sumqayıt” “Zirə” üçün hazırlaşır
XƏBƏR 7 Fevral 2018 / 01:48 1426
-  A +

Türkiyə toplanışının ardından birgünlük istirahəti başa vuran “Sumqayıt” Futbol Klubu hazırlıqları bərpa edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb.

Komanda tam heyətlə məşq edib. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu hazırlıq prosesinə cəlb edilib. Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, “Zirə” - “Sumqayıt” qarşılaşması fevralın 10-da keçiriləcək. Saat 16:00-da start götürəcək olan qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Son xəbərlər