Pike 3 oyunluq cəzalandırıla bilər

Pike 3 oyunluq cəzalandırıla bilər
XƏBƏR 6 Fevral 2018 / 15:40 3085
-  A +

"Barselona"nın futbolçusu Jerard Pike cəzalandırıla bilər.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, buna onun La Liqanın 22-ci turunda "Espanyol"a qarşı oyunda (1:1) etdiyi hərəkət səbəb ola bilər.  Sözügedən matçda 31 yaşlı müdafiəçi bərabərlik qolunu vurduqdan sonra sevincini qeydə edən zaman şəhadət barmağını dodağına qoyaraq "Espanyol" azarkeşlərinə göstərib.

Matçdan sonra Pike bildirib ki, bu, onun ailəsini təhqir edən rəqib azarkeşlərə cavabı olub.

Pikenin azarkeşlərə qarşı bu hərəkətinə görə 3 oyuna qədər cəzalandırıla biləcəyi vurğulanıb.


Son xəbərlər
topaz banner