Araz Abdullayev derbini də buraxacaq

Araz Abdullayev derbini də buraxacaq
XƏBƏR 6 Fevral 2018 / 14:20 3809
-  A +

Araz Abdullayev "Anortosis"in Kipr çempionatının 23-cü turunda "Omoniya" ilə oyununu buraxacaq.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, azərbaycanlı futbolçu zədəsini sağaltsa da, hələlik komanda ilə birgə məşqlərdə iştirak etmir. O, oyunöncəsi son hazırlıqda fərdi qaçışla kifayətlənib, daha sonra isə fitnessdə çalışıb. Bu isə o deməkdir ki, Abdullayev sabahkı derbidə də komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Araz zədə səbəbindən 22-ci turun "Paphos"la oyununda da meydana çıxa bilməmişdi.

Son xəbərlər
topaz banner