"Əsas hədəfim məşqçi olmaqdır" - Runi

"Əsas hədəfim məşqçi olmaqdır" - Runi
XƏBƏR 6 Fevral 2018 / 13:17 2354
-  A +

"Everton"un hücumçusu Ueyn Runi karyerasını bitirdikdən sonra məşqçi işləmək istəyir.

Qol.az-ın məlumatına görə, bu barədə "Sky Sports"a açıqlamasında 32 yaşlı futbolçu özü məlumat verib. O, bildirib ki, əsas məqsədi məşqçi olmaqdır:

"Özümü məşqçi kimi sınamaq istərdim. Bütün həyatımı futbola həsr etmişəm. Telestudiyalarda görünməkdən həzz alıram və bunu gələcəkdə daha tez-tez edəcəm. Amma əsas hədəfim məşqçi olmaqdır".

Son xəbərlər
topaz banner