Millimizin hücumçusu "Beşiktaş"a qarşı oynamayacaq

Millimizin hücumçusu "Beşiktaş"a qarşı oynamayacaq
XƏBƏR 6 Fevral 2018 / 11:15 2407
-  A +

"Gənclərbirliyi"nin futbolçusu Dəniz Yılmaz Türkiyə kubokunun 1/8 finalında "Beşiktaş"a qarşı cavab oyununu buraxacaq.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, millimizin hücumçusu məşq zamanı zədələndiyi üçün sözügedən matçda iştirak etməyəcək.

Qeyd edək ki, "Gənclərbirliyi" - "Beşiktaş" görüşü bu gün keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada "qara qartallar" 3:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
topaz banner