“Kəpəz” Bakıda məşqlərə başladı

“Kəpəz” Bakıda məşqlərə başladı
XƏBƏR 6 Fevral 2018 / 00:00 1779
-  A +

Türkiyə toplanışından qayıtdıqdan sonra iki gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri Bakıda məşqlərə başlayıblar.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda bu gündən Bakı Olimpiya Stadionunun yardımçı meydançasında çempionatın XV turunda qarşılaşacağı “Neftçi” ilə oyunun hazırlıqlarına start verib.

“Sarı-göylər” fevralın 9-na kimi BOS-da hazırlıq keçəcək. Gəncə klubunun oyundan öncəki son məşqi isə görüşün keçiriləcəyi stadionda olacaq. 

 


Son xəbərlər
topaz banner