Konte "Çelsi"dən dəstək istədi

Konte "Çelsi"dən dəstək istədi
XƏBƏR 5 Fevral 2018 / 18:59 3462
-  A +

"Çelsi"nin baş məşqçisi Antonio Konte istefaya göndəriləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu məsələ ilə bağlı klubdan dəstək gözlədiyini söyləyib: "Bu iddialara son qoymaq üçün klubumun məsələ ilə bağlı açıqlama verməsi yaxşı olardı".

A.Konte müqaviləsinin müddəti başa çatana kimi London təmsilçisində qalmaq istədiyini söyləyib.

Qeyd edək ki, A.Kontenin "Çelsi" ilə müqaviləsi 2019-cu ilin iyunu başa çatır.


Son xəbərlər
topaz banner