Azərbaycan - Portuqaliya: hakimlər açıqlandı

Azərbaycan - Portuqaliya: hakimlər açıqlandı
XƏBƏR 5 Fevral 2018 / 18:06 3471
-  A +

Sloveniyada futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, matçı Çexiya Futzal Federasiyasından Andrey Çerni idarə edəcək. Görüşün ikinci hakimi Xorvatiyadan Saşa Tomiç olacaq. Üçüncü hakim funksiyasını türkiyəli Kamil Çetin yerinə yetirəcək. Vaxta nəzarət edən hakim isə Vasilios Xristodoulis (Yunanıstan) olacaq.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Son xəbərlər
topaz banner