"Ramin müəllim böyük qardaşımdır. Açığı, qardaş qardaşdan küsə də, inciyə də bilər. Həyatda hər şey mümkündür. Küsübsə də, inciyibsə də, deməli, səbəbi var, haqlıdır. Bunu Musayevə necə deyiblərsə, çatdırıblarsa, bilmirəm. Hər bir insanın fərdi həyat tərzi var. Nə narkomanam, nə "alkaş"am ki, hər gün içib hardasa... Ümumiyyətlə, mənim aləmimdə içki, narkotika, qumar söhbəti yoxdur. Bu səbəbə görə bir çox dostumu həyatdan silmişəm. Mənim həyatımda bunlar yoxdur".
Qol.az-ın xəbərinə götə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov bu gün jurnaistlərə deyib. 47 yaşlı mütəxəssis özü ilə bağlı söz-söhbətlərə belə münasibət bildirib:
"Mənim şəxsi həyatım var. Bunu müzakirəyə çıxaranları, buna qarışanları başa düşə bilmədim. Niyə onlar şəxsi həyatımla bu qədər maraqlanıblar və Ramin müəllimə başqa cür çatdırıblar? Hər halda Ramin Musayev inciyibsə, haqqı var. Mən də bundan nəticə çıxaracağam. Başa düşdüyüm qədərilə insanlar cəmiyyət işə o qədər də önəm vermir, yalnız şəxsi həyatımızla maraqlanırlar. Mən heç vaxt heç kimin şəxsi həyatı ilə maraqlanmıram. Hətta görsəm belə, buna qarışmaram. Kimisə şəxsi həyatı ilə gündəmə gətirmək Allaha da xoş getməz. Gətiriblərsə də, çox sağ olsunlar, məni reklam edirlər. Amma mənim öz həyat tərzim var. Dost-tanışım da bilir ki, mən kiməm, işdən sonra hara gedə, nə edə bilərəm. Ramin müəllimə elə deyiblər. Vaxt gələr hər şey öz yoluna düşər. Onun incikliyini aradan qaldırmaq üçün addımlar atacağam. Sözü elə çatdırıblar ki, ortaya inciklik düşüb. Hər şey öz yoluna qoyulacaq.
Bizim işimiz nəticəyə bağlıdır. Bu, elə bir söz-söhbət deyil ki, şişirdib gündəmə çıxarasan. Mən də kiminsə şəxsi həyatına girişsəm, çox şey çıxara bilərəm. Amma bu, mənim həyat tərzim deyil. Mənim necə yaşamağımın işə heç bir aidiyyatı yoxdur. Nə mənə kiminsə, nə də kiminsə mənə şəxsi həyatının aidiyyatı var. "Kəpəz" üzərində qələbə qazanıb-qazanmamağımızdan asılı olmayaraq, belə söz-söhbətlərin oyunların nəticələrinə heç bir aidiyyatı yoxdur".
Qeyd edək ki, PFL prezidenti Ramin Musayev bu günlərdə T.Əhmədovdan incidiyini, onun bəzi zamanlar vaxtının çoxunu klubdan kənarda keçirdiyini bildirib.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi