"Keşlə"dən növbəti transfer - rəsmi

"Keşlə"dən növbəti transfer -  rəsmi
XƏBƏR 5 Fevral 2018 / 17:22 4973
-  A +

"Keşlə" daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Klubdan Qol.az-a verilən məlumata görə, paytaxt təmsilçisi Sezar Meza Kolli ilə müqavilə bağlayıb. Paraqvaylı yarımmüdafiəçi mövsümün sonuna kimi "Keşlə"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Meza Kolli 2013-2016-cı illərdə "İnter"də (İndiki "Keşlə") çıxış edib. O, son olaraq ölkəmizdə "Zirə"nin formasını geyinib. Sezarın qardaşı Derlis Meza Kolli isə "Neftçi"nin üzvüdür.

Son xəbərlər
topaz banner