“Ayağımda yüngül ağrı var, amma bu, məşq etməyimə, eləcə də oynamağıma mane olmur. Hətta mən İspaniyaya qarşı da oynamaq istəyirdim. Sadəcə, baş məşqçi risk etmək istəmədiyini bildirdi”.
Qol.az-ın məlumatına görə, bu sözləri futzal üzrə millimizin müdafiəçisi Everton Kardoso deyib.
Sloveniyada keçirilən Avropa çempionatında Fransa ilə oyundan sonra ayağında ağrı hiss edən “Qalo” ləqəbli futzalçının adı İspaniya ilə matçın protokoluna daxil edilsə də, o, meydana çıxmayıb. Daha doğrusu, həkimlərin oynaması üçün heç bir problemin olmadığını bildirməsinə baxmayaraq, baş məşqçi risk etməyərək, onu ehtiyatda saxlayıb.
1/4 final mərhələsinin sabah keçiriləcək oyununda Portuqaliya ilə qarşılaşacaq komandamız bu gün oyunönncəsi son məşqini keçirib və “Qalo” sona qədər hazırlıq prosesində iştirak edib. Məşq başa çatdıqdan sonra futzalçı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib: “Məşq prosesi göstərdi ki, meydana çıxmağımda hansısa problem yoxdur. Başa düşürəm, Portuqaliya Avropada ən güclülərdən biridir. Ancaq biz də zəif deyilik. Əla komandamız var və özümüzə inanırıq. Rikardinyo oyunun nəticəsinə çox təsir edəcək futzalçıdır, çalışacağıq onu zərərsizləşdirək”.
Yarımfinala yüksəlməklə bağlı şansları da dəyərləndirən Qalo millimizin uğur qazanacağına inanır: “Oyundan əvvəl hər iki komandanın şansı bərabər olur. Ancaq öz komandamı bir addım öndə sayıram. Məncə, biz yarımfinala yüksələcəyik. Buna inanıram, siz də inanın”.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır