"Bizim o qədər maddi imkanımız yoxdur" - Venger

"Bizim o qədər maddi imkanımız yoxdur" -  Venger
XƏBƏR 5 Fevral 2018 / 16:24 3976
-  A +

“Arsenal”ın baş məşqçisi Arsen Venger qış transfer pəncərəsi dönəmində müdafiə xəttini gücləndirməməklərinin səbəbini açıqlayıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis bunu maddi imkanlarının məhdud olması ilə əlaqləndirib:

"Hər kəs müdafiəçi axtarır. "Mançester Siti" nə qədər pul xərcləyib müdafiə xəttini gücləndirdi. Bizim o qədər maddi imkanımız yoxdur. Onların hücum xətti də bizdən daha güclüdür”.

Qeyd edək ki, London klubu bu qış "Mançester Yunayted"dən Henrix Mxitaryan, Dortmund "Borussiya"sından Pyer-Emerik Obameyanqı transfer edib. 

Son xəbərlər
topaz banner