Məşhur məşqçi xərçəngə qalib gəldi

Məşhur məşqçi xərçəngə qalib gəldi
XƏBƏR 5 Fevral 2018 / 14:03 4014
-  A +

“Sevilya”nın sabiq baş məşqçisi Eduardo Berisso ağır xəstəliyə qalib gəlib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  xərçəng xəstəliyindən əziyyət çəkən Beriso prostat vəzindən əməliyyat olunub.

Həkimlər şişi çıxarıblar. Əməliyyatdan sonra götürülən analizlərin nəticəsi isə Beriççonun tam sağaldığını göstərib.

Qeyd edək ki, 48 yaşlı argentinalı mütəxəssis ötən ilin dekabr ayında “Sevilya”dan istefaya göndərilmişdi.

Son xəbərlər
topaz banner