"Qəbələ"yə sırf pula görə keçmişdim" - Deyv Bultuis

"Qəbələ"yə sırf pula görə keçmişdim" - Deyv Bultuis
XƏBƏR 5 Fevral 2018 / 13:32 3282
-  A +

"Azərbaycanda futbola ciddi maraq yoxdur. Oyun vaxtı tribunada 500-1000 arası azarkeş olur".

Qol.az-ın məlumatına görə, bu sözləri qış fasiləsində "Qəbələ"ni "Herenven" klubuna dəyişən Deyv Bultuis deyib. "Fcupdate.nl" saytına danışan hollandiyalı müdafiəçi ölkəmizdə keçirdiyi 6 aylıq dövrü dəyərləndirib. 27 yaşlı oyunçu Azərbaycan futbolunun Hollandiya futboluna bənzəmədiyini bildirib:

"Şəxsi həyatıma gəlincə, Bakı gözəl şəhərdir, orada günlərim pis keçmirdi. İlin 7 ayı Azərbaycanda havalar isti olur. Sadəcə, onların futbolu Şərqi Avropadakı futbola oxşamır. Yenidən Hollandiyaya qayıtdığım üçün xoşbəxtəm".

Təcrübəli futbolçu ötən ilin yayında "Qəbələ"yə keçməsinin səbəbini də açıqlayıb: "Yalan danışmaq lazım deyil. "Qəbələ"yə keçidim sırf maliyyə ilə bağlı idi. Amma sonluq mənim üçün yaxşı oldu. Şadam ki, yenidən "Herenven"də oynaya biləcəm. Deyə bilmərəm ki, bir daha karyeramda bu cür addım atmayacam. Hələ ki, özümü gənc hiss edirəm. Belə bir şeyi yalnız yaşlanandan sonra təkrarlaya bilərəm. Doğru seçim etmişəm və bunu geri qaytara bilmərəm".

Qeyd edək ki, qış fasiləsində "Qəbələ"dən ayrılan Bultuis Hollandiyanın "Herenven" klubu ilə 2,5 illik müqavilə bağlayıb.

Son xəbərlər
topaz banner