Dieqo Qodinin 3 dişi qırıldı – Şəkil

Dieqo Qodinin 3 dişi qırıldı –  Şəkil
XƏBƏR 5 Fevral 2018 / 13:20 3998
-  A +

“Atletiko”nun oyunçusu Dieqo Qodin İspaniya La Liqasının son turunda “Valensiya” ilə keçirilən oyunda ciddi xəsarət alıb.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, matçın 51-ci dəqiqəsində rəqib qapıçısı Neto ilə toqquşan  uruqvaylı müdafiəçinin 3 dişi sınıb.

Braziliyalı qapıçının dirsəyi hava mübarizəsi zamanı Qodinin ağzına dəyib. Hakim buna görə qayda pozuntusu qeydə almayıb. Qodin isə Xuanfranla əvəzlənib.


Son xəbərlər
topaz banner