Millimizin futzalçısı Rövşən Hüseynli Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
Qol.az-ın məlumatına görə, yığmamızın qapıçısı Avropa çempionatında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən və 1/4 finalda qarşılaşacaqları Portuqaliya ilə oyun barədə danışıb.
- Yığmamızın İspaniyaya 0:1 hesabı ilə məğlub olduğu oyun gözlədiyiniz kimi keçdi?
- Əvvəlcədən kimə qarşı oynadığımızı bilirdik. Üstəlik, ispanların Fransaya qarşı keçirdikləri oyunu da canlı izləmişdik. Bizim istifadə edə biləcəyimiz cəhətləri nəzərdən keçirmişdik. Oyuna rəqib yaxşı başladı. Komandamızda az da olsa yorğunluq var idi. Çünki ispanlar bizə nisbətən daha artıq istirahət etmişdi. Ümumi götürdükdə, pis mübarizə aparmadıq. Bir epizodda ciddi səhvə yol verdik, yer seçimini düzgün etmədik.
- Ötən oyunda Tyaqo matçın qəhrəmanı seçilmişdi. Bu dəfə inamlı oyununa görə həmin statusu sizə vermək olarmı?
- Əlimdən gələni etdim ki, komandama xeyrim dəysin. Bu cür seçimi azarkeşlər edir. Vacib olan qapıçı kimi inamlı dayanmaq idi. Düzdü, Fransaya qarşı oyunda səhvlərim oldu. Bu da ilk oyunun həyəcanından doğurdur. Çünki birinci oyunlar hər zaman çətin keçir. Bu dəfə oyunum yaxşı alındı.
- Günün ilk matçı olan Portuqaliya – Ukrayna görüşünü izlədiz. Növbəti rəqib haqda nə düşünürsüz?
- Eyni səviyyəli komandalar idi. Düzdü, hər iki komandanın özünəməxsus oyun üslubu var. Ukrayna daha intizamlıdı. Portuqaliyada isə Rikardinyo birə-bir epizodlarda oyunu üzərinə götürməyi bacarır. Əlbəttə, birinci yerlə 1/4 finala yüksəlmək istəyirdik. Komandamız pis oynamadı. Məşqçimiz də rəqibi yaxşı analiz etmişdi. Minimalhesablı məğlubiyyət çox mətləbdən xəbər verir.
- Rikardinyo kimi oyunçunun olması rəqibə əlavə üstünlük verirmi?
- Nə gizlədim, Portuqaliya ilə qarşılaşmağı çox istəyirdim. Çünki dünya çempionatında onlara uduzmuşduq. Həmin oyunda sarı vərəqə cəzalısı olduğuma görə, iştirak edə bilmədim. Bu dəfə meydanda olacam. Revanş arzusu bizim üçün əlavə motivasiyadı.
- Şansları necə dəyərləndirirsiz?
- Məncə, 50-nin 50-yədir. Bura finalda oynamaq üçün gəlmişik. Çempionata da pis başlamamışıq.
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır