“Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadə Qol.az-a müsahibə verib. Antalya hazırlığını dəyərləndirən müdafiəçi Rəşad Sadıqovla müqayisə olunmasına da münasibət bildirib.
- Antalyada 2 həftəlik təlim-məşq toplanışınız oldu. Hazırlıq prosesini necə dəyərləndirirsən?
- Təlim-məşq toplanışımız yaxşı keçdi. Bizim üçün hər bir şərait yaradılmışdı. Məşqlərimiz bir az ağır oldu. Bu da fiziki yüklənmələrlə bağlı idi. Hazırda hər şey qaydasındadır.
- Klublarla yanaşı, Antalyada milli komandanın da toplanışı oldu. Bir çoxları Bəxtiyar Həsənalızadənin yığmanın düşərgəsində olacağını gözləyirdi. Ancaq Qurban Qurbanov ilk toplanışa səni dəvət etmədi. Bunu necə qarşıladın?
- Açığı, elə də təəccüblənmədim. Düzdür, hər bir futbolçu kimi mən də milliyə çağırılmaq istəyirdim. Amma dəvət almamışamsa, böyük problem deyil. Çüni Qurban müəllim özü də deyib ki, gələn toplanışda hər şey dəyişə bilər. Çempionat oyunları mənim üçün fürsətdir. Özümü yaxşı tərəfdən göstərməyə çalaşacam ki, milliyə dəvət alım.
- “Anji” ilə yoxlama oyununuzu Qurban Qurbanov da izlədi. Bu, sizə nə dərəcədə motivasiya verdi?
- Kənardan da görünürdü ki, uşaqlar hamısı xüsusi motivasiya ilə oynadılar. Bəlkə də əvvəlki matçlarda heç belə oynanamışdıq. Hər bir futbolçu milli komandada oynamaq istəyir. Qurban Qurbanov yığmanın baş məşqçisidir. Hamı özünü göstərməyə çalışırdı.
- Bir ara haqqında belə fikir formalaşmışdı ki, Azərbaycanın yeni Rəşad Sadıqovu olacaqsan. Ümumiyyətlə, sən özündə həmin potensialı görürsən?
- Bu, adi müqayisədir. Rəşad Sadıqovun milli komanda, “Qarabağ” üçün etdikləri göz qabağındadır. Azərbaycan futbolu üçün çox iş görüb. Futbol barəsində Rəşad Sadıqovun səviyyəsinə çatmağıma çox var. Üzərimdə maksimum dərəcədə işləməliyəm. Bu cür müqayisə mənim üçün olduqca xoşdur. Amma özümü kiməsə bənzətmirəm. Onunla müqayisə olunmaq mənə əlavə motivasiya verir. Çalışıram ki, etimadları doğruldub, özümü sübut edim. Mən Rəşad Sadıqovun etdiyinin hələ 30 faizini etməmişəm. Amma əlimdən gələni edəcəm. Mənim əsas karyeram hələ qabaqdadır. Milli komandaya düşmək əsas hədəfimdir. Rəşad Sadıqovun etdiklərini təkrarlamağa çalışacam.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi