Almaniya millisinin keçmiş üzvü Ditmar Hamann Pyer–Emerik Obameyanqın "Borussiya"dan "Arsenal"a keçidinə münasibət bildirib.
Qol.az-ın məlumatına görə, vaxtı ilə "Bavariya", "Liverpul" və "Mançester Siti" kimi klubların şərəfini qorumuş veteran yarımmüdafiəçi “Bild” nəşrinə açıqlamasında İngiltərə klublarının transfer siyasətini sərt tənqid edib. Hamann onları pula hərislikdə günahlandırıb:
"Obameyanq Bundesliqanı İngiltərə Premyer Liqasına dəyişən növbəti ulduz oldu. Hələ də bu dalğa davam edir. Alman klublar milyonlarla avroluq təkliflərə müqavimət göstərmək əzmində deyillər. Premyer Liqa oyunçu transferlərində ən fəal çempionatdır. Amma onlar çoxdan öz ruhlarını satıblar. Kifayət qədər böyük pullar olsa da, stadionlarda atmosfer çox aşağı səviyyədədir.
“Kardiff”in prezidenti istədiyi vaxt klubun rənglərini dəyişib, onun ənənəsini pozursa, bu, artıq ingilis futbolunun sadəcə pul qazanmaq üçün bir vasitə olduğunu göstərir. Buna görə də Almaniya İngiltərədən nümunə götürməməlidir. Bundesliqada hələ də dünya səviyyəli futbolçular var. Hər zaman gənclərə şans verilir. Mən olsam, Çempionlar Liqasının yarımfinalından imtina edərdim, amma ruhumu qoruyub saxlayardım".
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu