La Liqada baş məşqçi istefası

La Liqada baş məşqçi istefası
XƏBƏR 4 Fevral 2018 / 15:29 3465
-  A +

"Deportivo" baş məşqçi Kristobal Parralonu istefaya göndərib.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Ötən ilin oktyabr ayından La Karunya təmsilçisini çalışdıran ispan mütəxəssis uğursuz nəticələrə görə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, La Liqanın son turunda "Real Sosyedad"a 0:5 hesabı ilə uduzan "Deportivo" 22 oyundan sonra 18-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner