"Koutinyo 160 milyon avroya dəyməz" - Karrager

"Koutinyo 160 milyon avroya dəyməz" - Karrager
XƏBƏR 4 Fevral 2018 / 12:20 7115
-  A +

"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager Filipe Koutinyonun 160 milyon avro qarşılığında "Barselona"ya transfer olunmasına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, veteran futbolçu braziliyalının bu məbləğə dəymədiyini söyləyib: "Məncə, siz ən yaxşı futbolçunuzu itirirsinizsə, bu, transfer pəncərəsinin uğurlu olması demək deyil. Bu söhbət hələ mövsümün əvvəlindən gedirdi. Həmin vaxt Koutinyo komandada qalanda, bütün azarkeşlər düşündülər ki, o, ən azı növbəti yaya kimi “Liverpul”da çıxış edəcək.

Braziliyalını mövsümün ortasında itirmək pis haldır. Amma Koutinyo 160 milyo avroya dəyməz. O, bu dərəcədə yaxşı futbolçu deyil. Mən onu yayda 20-30 milyon ucuz qiymətə satardım. Amma bilərdim ki, mövsümün ikinci yarısını da “Liverpul”da keçirəcək. Çünki bu komanda hələ İngiltərə kuboku və Çempionlar Liqasında çıxışını davam etdirir”.

Son xəbərlər
topaz banner