Neymarın 350-ci qolu

Neymarın 350-ci qolu
XƏBƏR 4 Fevral 2018 / 11:53 3173
-  A +

PSJ-nin hücumçusu Neymarın Fransa çempionatının 24-cü turunda "Lill"in qapısından keçirdiyi top onun üçün əlamətdar olub.

Qol.az-ın "sports.ru"ya istinadən yaydığı məlumata görə, Paris klubunun 3:0 hesablı qələbəsi ilə başa çatan matçın 77-ci dəqiqəsində fərqlənən braziliyalı forvard bununla karyerasındakı qolların sayını 350-yə çatdırıb.

Qeyd edək ki, PSJ-dən öncə "Santos" və "Barselona"da çıxış edən Neymar bu mövsüm 18 oyunda 17 qol vurub.

Son xəbərlər
topaz banner