Millimiz İspaniyaya uduzdu

Millimiz İspaniyaya uduzdu
ÖLKƏ FUTBOLU 5 Fevral 2018 / 01:21 13684
-  A +

Sloveniyanın Lyublyana şəhərində təşkil olunan futzal üzrə Avropa çempionatında Azərbaycan millisi bu gün mübarizə apardığı D qrupunda sonuncu oyuna çıxıb.

Qol.az-ın məlumatına görə, komandamız İspaniya ilə görüşüb və 0:1 hesabı ilə uduzub.

Azərbaycan yığması ilk matçında Fransanı 5:3 hesabı ilə məğlub edərək vaxtından əvvəl 1/4 finala vəsiqəni təmin etmişdi. Qrupu ikinci pillədə başa vuran millimiz növbəti mərhələdə Portuqaliya ilə qarşılaşacaq. Sözügedən matç sabah keçiriləcək.

23:45. Azərbaycan – İspaniya - 0:1
Qol: 
Pola, 14

Hakimlər: Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)

Daha çox


Son xəbərlər
topaz banner